Aİ İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

Aİ İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək
16.01.2026 13:11 Dünya

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə baş tutacaq görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" iki avropalı diplomata istinadən məlumat yayıb.

Bildirilib ki, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiya rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiya siyahısına dron istehsalı ilə bağlı 10 maddənin əlavə edilməsini təklif edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər