Aİ-də yeni sərhəd sistemi hava limanlarında gecikmələr yaratdı
Dünya
15.04.2026 17:34
Avropa İttifaqında (Aİ) tətbiq olunan yeni biometrik sərhəd nəzarəti sistemi bir sıra ölkələrdə hava limanlarında ciddi gecikmələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, problem 15 Avropa ölkəsini, o cümlədən Fransa, Almaniya, Belçika, İtaliya, İspaniya və Yunanıstandakı iri hava limanlarını əhatə edir.
Giriş/Çıxış Sistemi 10 apreldə istifadəyə verilib. Sistem Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ilk giriş zamanı biometrik məlumatların qeydiyyatını tələb edir. Lakin prosesin gözlənildiyindən daha uzun çəkməsi narazılığa səbəb olub.
Sahə rəsmiləri texniki nasazlıqlar və işçi çatışmazlığı səbəbindən yay mövsümündə vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər.
Türkan İsgəndərli
tag: Aİ,Hava limani,Biometrik,Sərhəd,Todaypress.tv,
