Aİ böhran halları üçün TƏCİLİ rabitə sisteminə keçir

Aİ böhran halları üçün TƏCİLİ rabitə sisteminə keçir
30.09.2026 20:09 Dünya

Avropa Komissiyası böhran və fövqəladə vəziyyətlər zamanı Avropa İttifaqı ölkələrinin təcili yardım xidmətləri arasında təhlükəsiz və dayanıqlı rabitəni təmin edəcək yeni sistemin yaradılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, EUCCS adlanan sistem Avropa şirkətləri tərəfindən hazırlanmış mühüm texnoloji komponentlər əsasında qurulacaq.

Yeni sistem yerüstü rabitə şəbəkələrinin əlçatmaz olduğu ərazilərdə belə təcili xidmətlər arasında real vaxt rejimində sabit əlaqə yaratmağa imkan verəcək.

EUCCS vasitəsilə məlumat, video, mesaj və geolokasiya məlumatlarının vahid qorunan cihaz üzərindən real vaxtda paylaşılması mümkün olacaq. Sistemin böhran və fövqəladə hallarda xidmətlər arasında koordinasiyanı gücləndirməsi gözlənilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər