Aİ Baltik ölkələri və Polşaya 113 milyon ayırdı
Dünya
28.01.2026 16:01
Avropa Komissiyası Baltik ölkələri və Polşada kritik infrastrukturun qorunması üçün 110 milyon avrodan çox vəsait ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Litva Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı tarixində ilk dəfə enerji infrastrukturunun qorunması məqsədilə maliyyələşdirmə həyata keçirilib və ayrılan vəsaitin həcmi 113 milyon avro təşkil edir.
Nazirliyin açıqlamasına görə, bu imkan Litva, Latviya və Estoniyanın elektrik şəbəkələrinin Polşa üzərindən Qərbi Avropa ilə sinxronlaşdırılmasından sonra yaranıb. Qurum vurğulayıb ki, gələcəkdə də Avropa Komissiyasına kritik infrastrukturun mühafizəsi layihələrinin maliyyələşdirilməsi üçün müraciətlər ediləcək və bu məqsədlər üçün uzunmüddətli maliyyə mexanizminin yaradılması zəruri hesab olunur.
Qeyd olunub ki, ayrılan vəsaitdən 22 milyon avro Litvanın payına düşür.
Qiymət Mahir
tag: Baltik, Polşa,Avropa ,Litva ,Todaypress.tv,
