Aİ ABŞ-nin İranın enerji infrastrukturuna zərbələri dayandırmasını müsbət qarşıladı

Dünya

23.03.2026 23:30

"ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna hərbi zərbələrin dayandırılması barədə bəyanatı münaqişənin deeskalsiyası yolunda müsbət addımdır".

TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas səfərdə olduğu Nigeriyanın paytaxtı Abucada keçirdiyi mətbuat konfransında deyib.

"Düşünürəm ki, enerji infrastrukturuna hücum etməməklə bağlı son bəyanat çox müsbət hadisədir. Hesab edirəm ki, infrastrukturun hər hansı formada hədəf alınması regionda xaosa səbəb olur və faktiki olaraq bu müharibəni daha da kəskinləşdirir", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

TodayPress TV

tag: ABŞ,Aİ,Kaya Kallas,Tramp,TodayPress TV,