Aİ 2028-2034-cü illər üçün hərbi büdcəsini on dəfə artırmaq niyyətindədir
Dünya
21.04.2026 01:00
Avropa Komissiyası Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən yeni yeddiillik büdcəsində hərbi xərcləri əvvəlki dövrlə müqayisədə 10 dəfə artıraraq 13 milyard avrodan 131 milyard avroya çatdırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Avropa Parlamentinin sənaye, tədqiqat və energetika komitəsində keçirilən dinləmələrdə bildirib.
"Qarşıdakı danışıqlarda Aİ-nin yeni yeddiillik çərçivə büdcəsi haqqında qarşımızda duran çağırışları yadda saxlayaraq sizi müdafiə və kosmos məsələləri ilə bağlı mövqeləri qətiyyətlə qorumağa çağırıram. Heç bir güzəşt və kompromis yolverilməzdir. 131 milyard avro mütləq minimumdur", - deyə o, avropalı deputatlara müraciətində bəyan edib.
Aysel Mətləb
tag: Avropa,İttifaq,Hərbi,Büdcə,TodayPress TV,
