Ağ Evdə qərar dəyişdi: Vens İslamabada yollanır

Ağ Evdə qərar dəyişdi: Vens İslamabada yollanır
19.04.2026 20:27 Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens təhlükəsizliklə bağlı əvvəlki bəyanatlara baxmayaraq İranla danışıqlar üçün Pakistana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə CNN jurnalisti Eleyna Trin məlumat yayıb.

Məlumata görə, Cey Di Vens ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner ilə birlikdə İslamabad şəhərinə yollanacaq.

Bundan əvvəl Donald Tramp ABC telekanalına müsahibəsində Vensin təhlükəsizlik səbəbindən bu səfərə gedə bilməyəcəyini bildirmişdi. O qeyd etmişdi ki, qısa müddətdə hazırlıq aparıldığı halda ABŞ Gizli Xidməti vitse-prezidentin təhlükəsizliyini təmin edə bilməz.

Lakin sonradan Ağ Ev rəsmisinin sözlərinə görə, vəziyyət dəyişib və səfərlə bağlı qərar yenilənib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər