Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə livanlı həmkarı Cozef Aun ilə görüş keçirir.
TodayPress TV xəbər verir ki, məlumata görə, görüş zamanı tərəflər ABŞ-Livan münasibətlərinin hazırkı vəziyyətini, Yaxın Şərqdə baş verən son hadisələri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Görüşün əsas gündəm mövzularından birinin bölgədə artan gərginlik və ikitərəfli əməkdaşlığın perspektivləri olacağı gözlənilir.
Kübra Musayeva