Ağ Ev 58 milyon dollarlıq təhlükəsizlik paketi tələb edir

Ağ Ev 58 milyon dollarlıq təhlükəsizlik paketi tələb edir
14.09.2025 15:33 Dünya

ABŞ-də Çarli Kirkin öldürülməsi ilə bağlı baş verən faciədən sonra Ağ Ev təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Konqresdən əlavə maliyyə istəyib.

TodayPress TV xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Ağ Ev 58 milyon dollar həcmində vəsaitin ayrılmasını tələb edir.

Məqsəd yüksək rütbəli dövlət məmurlarının təhlükəsizliyini artırmaqdır.

Məlumatda bildirilir ki, bu təklif müvəqqəti qanun layihəsinə dəyişiklik formasında təqdim olunacaq və 30 sentyabra qədər Konqresdə müzakirəyə çıxarılacaq.

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər