ABŞ Yaxın Şərqə aviadaşıyıcı qrup göndərir

Dünya

15.01.2026 12:10

ABŞ prezidenti Donald Trampın İrana qarşı zərbələr endirməklə bağlı təhdidləri fonunda Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupunu yenidən yerləşdirmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "NewsNation" məsələ ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi bölgəyə gedən dəniz qrupuna rəhbərlik edib. Bir sualtı qayıq da daxil olmaqla, gəmilərin təxminən bir həftə ərzində çatacağı gözlənilir. 

Mənbə əlavə edib ki, onlar İran da daxil olmaqla 21 ölkəni əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşəcəklər.

Öz növbəsində, İran hakimiyyəti bəzi beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanını təyyarələr üçün bağlayıb. İslam Respublikasının Hava Hücumundan Müdafiə Komandanlığına ölkənin hava məkanına dəqiq şəxsiyyəti müəyyən edilmədən daxil olan istənilən təyyarəyə dərhal atəş açmaq əmri verilib. 

Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri xarici təhdidlər səbəbindən maksimum hazırlıq vəziyyətinə gətirilib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,İran,Aviadaşıyıcı,Hücum,Todaypress.tv,