ABŞ Venesuelanın yeddi gəmisini müsadirə etdi

Dünya

25.01.2026 08:53

ABŞ Prezidenti Donald Tramp əvvəllər ABŞ hakimiyyəti tərəfindən saxlanılan yeddi gəmidə daşınan Venesuela neftinin müsadirə olunduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “New York Post” qəzetinə verdiyi müsahibədə danışıb.

Tramp tankerlərin hazırda harada olduğunu açıqlamaqdan imtina edib. Prezident qeyd edib ki, bu məlumatı paylaşmağa icazəsi yoxdur, lakin gəmilərdə artıq neft yoxdur, çünki neft götürülüb.

Onun sözlərinə görə, müsadirə edilən Venesuela nefti Hyustonda yerləşən neft emalı zavodlarına göndərilir.

Xatırladaq ki, yanvarın 14-də "Reuters" agentliyi ABŞ administrasiyasının Venesuela neftinin daşınmasında istifadə edilən çoxsaylı tankerlərin müsadirəsi üçün məhkəmə qərarı almağa çalışdığını yazmışdı. Məlumata əsasən, bu gəmilər sırasında hazırda Venesueladan neft daşıyan və ya əvvəllər bu marşrutda istifadə olunan onlarla tanker var.

Türkan İsgəndərli

TodayPress TV 

tag: ABŞ,Venesuela,Gəmi,Neft,Todaypress.tv,