ABŞ Venesuela ilə əlaqəli daha bir neft tankerini ələ keçirdi

ABŞ Venesuela ilə əlaqəli daha bir neft tankerini ələ keçirdi
15.01.2026 17:58 Dünya

ABŞ daha bir Venesuela neft tankerini ələ keçirdi. Bu, son həftələrdə Venesuela nefti daşıyan altıncı gəmi əməliyyatıdır.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, tanker Karib dənizində, ABŞ Prezidenti Donald Trampla Venesuela müxalifət lideri Maria Korina Maçado arasında görüş ərəfəsində saxlanılıb.

Məlumatlara görə, gəmi Venesueladan Rusiya nefti daşıyıb.

Qeyd edək ki, ABŞ dekabrın əvvəlindən beynəlxalq sularda yanacaqla dolu Venesuela gəmilərini ələ keçirməyə başlayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər