ABŞ və Ukrayna müharibədən sonrakı bərpa işlərini müzakirə etdi
“Amerikalı tərəfdaşlar Cared Kuşner və Stiv Uitkoffla görüş keçirilib”.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.
O bildirib ki, danışılan əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik təminatlarıdır.
“Biz tərəfdaşlarımızla işləməyə davam edirik, ölkənin bugünkü müdafiəsini onun bərpası üçün təməl qoymaqla birləşdiririk", - deyə o qeyd edib.
Aysel Mətləb