ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi
İraq hökumətinin sözçüsü Heydər əl-Abudi bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı ölkə ərazisinə endirilən zərbələr barədə Bağdadı əvvəlcədən məlumatlandırmayıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, İraq hökuməti ölkə ərazisində hər hansı obyekt və ya silahlı qruplaşmaya qarşı zərbələrin endirilməsinə razılıq verməyib.
Bu arada, İraqın baş naziri ABŞ və Səudiyyə Ərəbistanının endirdiyi zərbələrdən sonra Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini təxirə salıb. İraq rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində İrana yaxın Xalq Səfərbərlik Qüvvələri sıralarından azı 20 döyüşçü həlak olub.