ABŞ və Çin Londonda ticarət danışıqlarına başladı

ABŞ və Çin Londonda ticarət danışıqlarına başladı
09.06.2025 18:40 Dünya

ABŞ və Çin rəsmiləri Londonda görüşərək iki ölkə arasında mövcud ticarət mübahisəsinin həllinə dair danışıqlara başlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə "YLE" məlumat yayıb. 

ABŞ nümayəndə heyətinə Maliyyə naziri Skott Bessent, Çin tərəfinə isə Baş nazirin müavini He Lifeng rəhbərlik edir.

Tərəflər, ötən ay İsveçrənin Cenevrə şəhərində əldə olunmuş ticarət razılaşmasının pozulmasına görə bir-birlərini ittiham edirlər. May ayının ortalarında iki ölkə qarşılıqlı olaraq tətbiq etdikləri idxal rüsumlarını – heç olmasa müvəqqəti olaraq – azaltmaq barədə razılığa gəlmişdilər.

London görüşünün bu razılaşmanın taleyinə aydınlıq gətirməsi və gərginliyi azaltması gözlənilir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər