ABŞ və Britaniyanın Hörmüz boğazı ilə bağlı yeni planı var - DETALLAR
ABŞ və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiyanın yaradılması imkanını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri Avropa diplomatlarına istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər gələn həftə Londonda yüksək səviyyəli görüş keçirməyi planlaşdırır. Görüşdə Hörmüz boğazında beynəlxalq gəmiçiliyin qorunması üçün mümkün koalisiyanın formalaşdırılması məsələsi müzakirə olunacaq.