ABŞ Ukraynaya şərt qoydu: Təhlükəsizlik üçün...
Dünya
28.01.2026 11:04
ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üçün Kiyevin Moskva ilə sülh sazişi imzalamasını şərt kimi irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton Ukraynaya ABŞ tərəfindən təhlükəsizlik zəmanətlərinin əldə olunması üçün Rusiya ilə sülh razılaşmasının vacibliyini bildirib.
Mənbə "Financial Times" nəşrinin təhlükəsizlik zəmanətlərinin Donbasdan qoşunların çıxarılması ilə bağlı olduğu iddiasını təkzib edib. Onun sözlərinə görə, ABŞ Ukraynaya sülh sazişinə nələrin daxil edilməli olduğunu diktə etmir və Vaşinqtonun Kiyevi Rusiyaya ərazi güzəştlərinə məcbur etməsi ilə bağlı ehtimallar yanlışdır.
Qiymət Mahir
tag: ABŞ ,Ukrayna,Rusiya,Kiyev,Todaypress.tv,
