ABŞ Ukrayna üçün minatəmizləmə avadanlığı axtarır

Dünya

24.03.2026 14:00

ABŞ Dövlət Departamenti Ukraynada minatəmizləmə işləri üçün avadanlıq və partlayıcı maddələrin tədarükü ilə bağlı podratçılar axtarır.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" hökumət sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət partlamamış sursatların aşkarlanması və zərərsizləşdirilməsi ilə məşğul olan EOD bölmələrinin dəstəklənməsindən gedir.

Siyahıya plastik partlayıcı maddələr (C4), detonatorlar, kapsul-detonatorlar və detonasiya şnurları daxildir.

Bildirilib ki, tədarüklər ya birbaşa Kiyevə, ya da ABŞ Dövlət Departamentinin Baltimordakı logistik mərkəzi vasitəsilə həyata keçirilə bilər. Çatdırılma müddəti müqavilə bağlandıqdan sonra 180 gündən çox olmamalıdır.

Departament qeyd edib ki, bu müraciət araşdırma xarakterlidir və hələlik rəsmi tender və ya müqavilə öhdəliyi anlamına gəlmir.

Qiymət Mahir

tag: ABŞ , Ukrayna,EOD ,C4,TodayPress TV,