ABŞ Somaliyə yardımı dayandırdı

ABŞ Somaliyə yardımı dayandırdı
08.01.2026 10:48 Dünya

ABŞ Somali hökumətinin ərzaq yardımını müsadirə etməsi iddiaları fonunda bütün yardım proqramlarını dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “X” sosial şəbəkəsində açıqlama verib. 

Bildirilib ki, Somali rəsmilərinin ABŞ tərəfindən maliyyələşdirilən Ümumdünya Ərzaq Proqramının anbarını dağıtması və donorlar tərəfindən həssas əhali üçün nəzərdə tutulmuş 76 ton ərzaq yardımını qanunsuz olaraq ələ keçirməsi ilə bağlı məlumatlar ciddi narahatlıq doğurub. 

Departament qeyd edib ki, yardımın bərpası Somali Federal Hökumətinin bu qəbuledilməz addımlara görə məsuliyyət daşımasından və müvafiq tədbirlər görməsindən asılı olacaq. Ümumdünya Ərzaq Proqramının verdiyi açıqlamada bildirilib ki, Moqadişu limanındakı anbar liman rəhbərliyi tərəfindən sökülüb və burada qida çatışmazlığından əziyyət çəkən hamilə qadınlar, qızlar və uşaqlar üçün xüsusi qidalı məhsullar saxlanılırdı.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər