ABŞ Seula sanksiyalarla bağlı xəbərdarlıq etdi

Dünya

28.01.2026 15:46

ABŞ-nin vitse-Prezidenti Ceyms Di Vens Cənubi Koreyanın Baş naziri Kim Min Soku Amerika texnologiya şirkətlərinə qarşı sanksiyaların qəbuledilməzliyi barədə şəxsən xəbərdar edib.

TodayPress TV xəbər verir ki, "The Wall Street Journal" nəşrinin mənbələrinə görə, Vens ötən həftə Vaşinqtonda Cənubi Koreyanın Baş naziri ilə görüşərək Seulun "Coupang" kimi texnologiya şirkətlərinə münasibətdə ciddi deeskalasiyaya getməsinin arzuolunduğunu bildirib.

Qeyd olunur ki, çərşənbə günü "Yonhap agentliyi" Cənubi Koreya hakimiyyətinin iki həftə əvvəl ABŞ administrasiyasından məktub aldığını yazıb. Məktubda 2025-ci ilin oktyabrında keçirilmiş ikitərəfli sammitin nəticələrinə əsaslanan ticarət sazişinin şərtlərinin icrası tələb olunub. Məlumata görə, Vaşinqton formal olaraq ABŞ-də qeydiyyatdan keçmiş "Coupang" platforması ilə bağlı Seulda aparılan araşdırmaların intensivləşməsindən narahatdır.

Xatırladaq ki, "Coupang" geniş logistika şəbəkəsi və sifarişlərin 99 faizinin bir gün və ya daha qısa müddətdə çatdırılmasını təmin edən "Rocket Delivery" xidməti ilə tanınan elektron ticarət şirkətidir. Daha əvvəl şirkət mümkün rekord miqyaslı məlumat sızıntısı barədə məlumat vermişdi.

Qiymət Mahir

tag: ABŞ,Cənubi Koreya,Baş nazir,Kim Min Sok,Todaypress.tv,