ABŞ Səudiyyə Ərəbistanına arsenalını doldurmağa kömək edəcək

Dünya

23.03.2026 20:30

ABŞ administrasiyası Səudiyyə Ərəbistanının əlavə silah və sursat tələbinə müsbət cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” danışıqlar barədə məlumatlı bir məmura istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası Səudiyyə Ərəbistanına İran hücumlarından müdafiəsini təmin etməkdə kömək təklif edib və silah-sursatın artırılması ilə bağlı tələbləri qəbul edib. Vaşinqton, həmçinin üçüncü tərəflərə Amerika istehsalı olan hərbi texnikalarını Ər-Riyada tədarük etməyə icazə verib.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında ABŞ Səudiyyə Ərəbistanına 9 milyard dollara 730 ədəd "Patriot" yer-hava raketinin satışını təsdiqləyib. Ötən həftə sonu ABŞ administrasiyası Konqres prosedurlarını kənara qoyaraq BƏƏ-yə 8,4 milyard dollar, Küveytə 8 milyard dollar və İordaniyaya 70,5 milyon dollarlıq silah satışını təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Silah,Satış,Səudiyyə Ərəbistanı,TodayPress TV,