ABŞ senatoru: "İranda ABŞ əsgərləri olmayacaq"

ABŞ senatoru: "İranda ABŞ əsgərləri olmayacaq"
22.06.2025 12:00 Dünya

ABŞ-nin İrana endirdiyi hava zərbələri regionda müharibənin alovlanmasına səbəb olmayacaq.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Konqresin Senat Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş bəyanat verib.

Rişin sözlərinə görə, əməliyyat ABŞ-nin hərbi gücünün əhəmiyyətini bir daha nümayiş etdirdi:

“Sadəcə Amerikanın silahları bu işi bacarardı. Bu, ABŞ-ni, İsraili və bütövlükdə dünyanı daha təhlükəsiz etdi”.

Senator bildirib ki, bu hücumlar nə ABŞ-nin İrana hərbi qüvvə yeritməsi, nə də sonsuz bir müharibə anlamına gəlmir. Onun sözlərinə görə, prezident Donald Tramp İranın nüvə proqramını dayandırmaq üçün İsrailə yardım məqsədilə qətiyyətli addımlar atıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər