ABŞ Senatı Venesuelaya müdaxilə əleyhinə qətnaməni rədd etdi
Dünya
07.11.2025 10:34
ABŞ Senatında prezident Donald Trampın Venesuelaya mümkün hərbi müdaxiləsinin qarşısını almağa yönəlmiş ikipartiyalı qətnamə qəbul edilməyib.
TodayPress TV xəbər verir ki, "Washington Post"un məlumatına görə, sənəd 49 lehinə, 51 əleyhinə səslə rədd edilib.
Qətnaməni yalnız iki respublikaçı senator – Rand Paul (Kentucky) və Liza Murkovski (Alyaska) dəstəkləyib.
Məlumata əsasən, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset noyabrın 5-də Konqres üzvlərinə məxfi brifinq keçirərək bildirib ki, administrasiya hazırda Venesuelaya birbaşa hücuma hazırlaşmır və bunun üçün hüquqi əsas yoxdur.
Qeyd edək ki, "New York Times" daha əvvəl yazmışdı ki, Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün üç mümkün hərbi ssenarini müzakirə edir.
Jalə Rövşən
tag: ABŞ Senatı,Donald Tramp,Venesuela, Marko Rubio,Todaypress.tv,
