ABŞ rusiyalı diplomatları G20 və BMT tədbirlərinə buraxmadı
Dünya
28.04.2026 23:00
ABŞ Rusiya heyətinin nümayəndəsinə 27 aprel - 8 may tarixlərində Nyu-Yorkda keçiriləcək BMT İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün viza verməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyan BMT-nin İnformasiya Komitəsinin 48-ci sessiyasında məlumat verib.
“Amerika tərəfinin bu hərəkətini ev sahibi dövlətin razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərin kobud və sistematik şəkildə pozulması hesab edirik”, - deyə nümyəndə bildirib.
O, təşkilatın katibliyini bu “qəddar siyasiləşdirilmiş təcrübəni” dayandırmaq üçün tədbirlər görməyə çağırıb.
Bundan əlavə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, ABŞ başqa bir rus diplomatının G20 sammitindən əvvəl Bretton Vuds təsisatlarının yaz görüşlərində iştirak etməsinə icazə verməyib.
Nazirlik qeyd edib ki, Rusiya heyətinin nümayəndəsinin vizası var idi, lakin o, iştirakçılar siyahısından çıxarılıb. Amerika tərəfi bunu koordinasiyanın bütün mərhələlərinin keçməməsi ilə izah edib.
Aysel Mətləb
tag: ABŞ ,Rusiya ,BMT ,G20 ,TodayPress TV,
