ABŞ Rusiya neft tankerini ələ keçirdi – beynəlxalq gərginlik artır
ABŞ hərbçiləri Rusiyaya məxsus “Mariner” neft tankerini ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, tanker ələ keçirilərkən Rusiya hərbi gəmiləri və sualtı qayıqları yaxınlıqda olub, lakin heç bir tədbir görməyib.
Qeyd edək ki, Rusiyanın ABŞ tərəfindən təqib edilən neft tankerini müşayiət etmək üçün hərbi gəmi göndərdiyi barədə məlumat yayılmışdı.
Jalə Rövşən