ABŞ Rusiya neft tankerini ələ keçirdi

ABŞ Rusiya neft tankerini ələ keçirdi
07.01.2026 17:00 Dünya

ABŞ Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiya neft tankerini ələ keçirmək üçün əməliyyat həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, əvvəllər "Bella 1" adı ilə tanınan tanker ABŞ dəniz qüvvələrinin sanksiya tətbiq edilən gəmilərə qarşı həyata keçirdiyi “blokadanı” yarıb və ABŞ Sahil Mühafizəsinin onu dayandırmaq cəhdlərinə tabe olmayıb.

ABŞ rəsmisi bildirib ki, əməliyyat ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə iştirakı ilə aparılır. Hadisənin Rusiya ilə ABŞ arasında gərginliyi daha da artıra biləcəyi qeyd olunur.

Daha əvvəl "The Times" qəzeti Böyük Britaniya, İrlandiya, ABŞ və Fransanın Rusiyaya məxsus “Mariner” adlı neft tankerini izləmək üçün Atlantik okeanına kəşfiyyat təyyarələri göndərdiyini yazmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər