ABŞ rekord sayda F-35 qırıcı təyyarəsi istehsal etdi

ABŞ rekord sayda F-35 qırıcı təyyarəsi istehsal etdi
08.01.2026 13:51 Dünya

2025-ci ildə ABŞ-nin hərbi-sənaye şirkəti "Lockheed Martin" rekord sayda "F-35 Lightning II" qırıcı təyyarəsi istehsal edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, keçən il şirkət cəmi 191 "F-35" tədarük edib ki, bu da əvvəlki rekord 142 təyyarəni xeyli üstələyir.

"Lockheed Martin" bildirib ki, F-35-in illik istehsalı hazırda ABŞ arsenalındakı digər qırıcı təyyarələrin istehsal həcminin beş qatına bərabərdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər