ABŞ Qətərdə yeni hava hücumundan müdafiə mərkəzi yaratdı
ABŞ İran yaxınlığında yerləşən Qətərdə yeni hava hücumundan müdafiə komandanlığı və idarəetmə mərkəzi yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru" ABŞ Müdafiə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.
Komandanlıq bu addımı regional müdafiə əməkdaşlığının gücləndirilməsində mühüm mərhələ adlandırıb və obyektin vahid hava hücumundan müdafiə sistemini təkmilləşdirməyə xidmət edəcəyini diqqətə çatdırıb.
Yaradılan mərkəz, həmçinin operativ məlumat mübadiləsi və regional təhdidlərə dair xəbərdarlıq sistemlərinin idarə olunmasına məsuliyyət daşıyacaq.
Aysel Mətləb