ABŞ Prezidentinin NATO-nun Baş katibi ilə görüşü başladı

Dünya

08.04.2026 19:22

ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşü başlıayıb.

TodayPress TV xəbər verir ki, bu görüş ABŞ-nin İranla müharibə səbəbindən hərbi alyansın üzv dövlətləri ilə münasibətlərinin kəskinləşməsi fonunda keçirilir.

Qeyd edək ki, ABŞ Prezidenti ölkəsinin NATO-dan çıxa biləcəyini söyləyib.

“Reuters” agentliyinin məlumatına görə, o, son həftələrdə Vaşinqtonun Avropadakı müttəfiqlərini İranda aparılan hərbi kampaniyaya kifayət qədər dəstək vermədiklərinə görə qınayıb.

Görüşdə Mark Ruttenin hərbi əməliyyatların bütün dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olmasından sonra normal dəniz ticarətinin bərpasına ümumi marağı ifadə edəcəyi ehtimal olunur. Həmçinin onun Avropa ölkələrinin müdafiə xərclərini artırmaq üçün atdıqları addımları vurğulayaraq ABŞ liderini alyansı açıq şəkildə tənqid etməkdən çəkindirməyə çalışacağı gözlənilir.

TodayPress TV

tag: NATO,ABŞ,Tramp,Rutte,TodayPress TV,