ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər"

ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər"
28.06.2026 10:05 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək məcburiyyətində qala bilər və bu halda İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşəcək.

TodayPress TV  xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.

"Tamamilə mümkündür ki, onlar heç vaxt heç bir dərs götürməyəcəklər. Elə bir an gələ bilər ki, biz artıq ağlabatan davrana bilməyəcəyik və belə uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq", - deyə Tramp vurğulayıb.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər