ABŞ ordusu yaş həddini artırdı, qaydaları yumşaltdı

Dünya

25.03.2026 16:54

ABŞ quru qoşunlarına qəbul qaydaları dəyişdirilib və yeni çağırışlar üçün yaş həddi artırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" ABŞ ordusunun yenilənmiş qaydalarına istinadən məlumat yayıb.

Məlumata görə, quru qoşunlarına qəbul üçün maksimal yaş həddi 35-dən 42-yə qaldırılıb. Lakin qeyd olunub ki, namizəd xidmətə qəbul zamanı 42 yaşdan yuxarı olmamalıdır.

Yeni qaydalara əsasən, yalnız marixuana saxlanılması ilə bağlı bir dəfə məhkumluğu olan şəxslər üçün əlavə inzibati icazə tələbi də ləğv edilib.

Pentaqonun 2025-ci ilin sentyabrına olan məlumatına görə, ABŞ silahlı qüvvələrinin ümumi şəxsi heyəti təxminən 2,1 milyon nəfərdir, onlardan 450 mindən çoxu quru qoşunlarında xidmət edir.

Qeyd olunur ki, bu dəyişikliklər 2022–2023-cü illərdə başlayan komplektləşdirmə islahatlarının bir hissəsidir.

Qiymət Mahir

tag: Pentaqon,ABŞ ,Yaş,Xidmət ,TodayPress TV,