ABŞ ordunun şəhərlərə yerləşdirilməsinə yarım milyard xərclədi

Dünya

29.01.2026 13:53

ABŞ altı ay ərzində qoşunların və Milli Qvardiyanın şəhərlərə yerləşdirilməsi üçün yarım milyard dollar xərcləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsi məlumat verib.

2025-ci ilin dekabr ayına olan statistikaya görə, 200 Milli Qvardiya hərbçisinin şəhərlərdə xidmətinin təşkili üçün təqribən 496 milyon dollar vəsait xərclənib.

Məlumata görə, hər əsgərə düşən ən yüksək orta gündəlik xərc Vaşinqtonda 607 dollar qeydə alınıb. Ən aşağı xərc Los-Ancelesdəki Dəniz Piyadaları Korpusunda 311 dollar, Memfisdə 522 dollardır.

Qeyd edək ki, 2025-ci ilin iyun ayından başlayaraq ABŞ Prezidenti Donald Tramp administrasiyası Milli Qvardiya qoşunlarını və aktiv Dəniz Piyadaları Korpusunun əsgərlərini ABŞ-nin altı şəhərinə - Los-Anceles, Vaşinqton, Memfis, Portland, Çikaqo və Nyu Orleana yerləşdirib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Ordu,Şəhər,Xərc,Todaypress.tv,