ABŞ-nin saxladığı İran gəmisinin heyət üzvləri azad olunur

Dünya

29.04.2026 23:41

ABŞ tərəfindən saxlanılan İran bayrağı altında üzən konteyner gəmisinin altı heyət üzvü azad edilərək İrana qayıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Agentlik "Touska" gəmisində daha 22 iranlı heyət üzvünün qaldığını qeyd edərək, rəsmi Tehranın onların da azad edilməsi istiqamətində iş apardığını əlavə edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı aprelin 20-də Hərbi Dəniz Qüvvələrinin blokada təlimatlarına əməl etmədiyi iddiası ilə Oman körfəzində "Touska" gəmisini ələ keçirdiyini bəyan edib.

Aysel Mətləb

TodayPress TV

tag: İran,ABŞ,Touska,Blokada,TodayPress TV,