ABŞ-nin PUA əleyhinə sistemləri Polşaya çatdırıldi
ABŞ-nin "MEROPS" PUA əleyhinə sistemləri Polşa səmasının müdafiəsi üçün bu ölkəyə çatdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış öz “Facebook” hesabında məlumat verib.
"ABŞ-nin "MEROPS" PUA əleyhinə sistemləri artıq Polşadadır. Sistemlər NATO-nun şərq cinahında yerləşdirilir və bu da dronları aşkarlamaq və onlarla mübarizə aparmaq qabiliyyətimizi artırır", - Kosiniak-Kamış yazıb.