ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracı pik səviyyədədir
ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixrac imkanları demək olar ki, ən yüksək həddədir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının aylıq hesabatında bildirilib.
Məlumata görə, ölkə mart ayında gündəlik təxminən 18 milyard kub fut qaz ixrac edib ki, bu da 2025-ci ilin dekabrındakı rekord göstəricilərə yaxındır. Buna görə də ixracda yalnız cüzi artım mümkündür.
Bu çeviklik planlaşdırılmış təmir işlərinin təxirə salınması, yeni layihələrin gücləndirilməsi və ixrac üçün verilən yeni icazələr sayəsində mümkün olub.
Aysel Mətləb