ABŞ-nin 18 ştatı fırtına səbəbindən fövqəladə vəziyyət elan etdi
ABŞ-nin ən azı 18 ştatı yaxınlaşan fırtına səbəbindən fövqəladə vəziyyət elan edib və 8300-dən çox uçuş ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.
Bildirilib ki, Amerika Birləşmiş Ştatları 200 milyondan çox əhalisi olan ölkənin böyük bir hissəsini bürüyəcək qar fırtınasına hazırlaşır. Güclü qar yağacağı və şiddətli soyuqlar düşəcəyi gözlənilir.
Aysel Mətləb