ABŞ NATO-dan Hörmüz planı tələb edir

Dünya

09.04.2026 11:14

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazında təhlükəsizliklə bağlı planlar istəyib.

TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, Vaşinqton müttəfiqlərdən bir neçə gün ərzində konkret təkliflər təqdim etməyi tələb edib.

Məlumata görə, ABŞ tərəfi Avropa ölkələrinin boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün konkret öhdəliklər götürməsini istəyir.

Bildirilir ki, bu məsələ Ağ evdə keçirilən görüşlərdə müzakirə olunub və burada NATO-nun baş katibi Mark Rutte də iştirak edib:

“Vaşinqton müttəfiqlərin yalnız hazır olduqlarını bildirməsini deyil, konkret plan təqdim etməsini gözləyir”.

Qeyd olunur ki, məsələ həmçinin Pentaqon və Dövlət Departamentində keçirilən görüşlərdə də gündəmə gətirilib.

Buna baxmayaraq, atəşkəs elan edilsə də, İran və İsrail arasında zərbələr davam edir və Hörmüz boğazı faktiki olaraq bağlı qalır.

Məlumata görə, müttəfiqlərin bu qədər qısa müddətdə konkret plan təqdim edib-etməyəcəyi sual altındadır.

Qiymət Mahir

tag: ABŞ ,Pentaqon,NATO,Avropa ,TodayPress TV,