ABŞ "Lukoyl" yanacaqdoldurma məntəqələrinə qarşı sanksiyaları təxirə saldı

Dünya

14.04.2026 23:00

ABŞ Maliyyə Nazirliyi "Lukoyl"un Rusiya hüdudlarından kənarda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin işini davam etdirməsinə icazə verən sanksiya istisnasının müddətini uzatdığını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət 2025-ci ildə ABŞ tərəfindən tətbiq edilən sanksiyalar çərçivəsindəki müvəqqəti yumşalmadan gedir.

Qeyd edək ki, həmin sanksiyalar Amerikanın rəyinə görə, Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirən gəlirləri məhdudlaşdırmaq məqsədi daşıyırdı.

Aysel Mətəb

TodayPress TV

tag: Tramp,Lukoyl,Rusiya,Sanksiya,TodayPress TV,