ABŞ Konqresinin Nümayəndələr Palatası “hospis”ə bənzədildi

ABŞ Konqresinin Nümayəndələr Palatası “hospis”ə bənzədildi
22.05.2025 09:32 Dünya

ABŞ-nin “Fox News” telekanalı Konqresin Nümayəndələr Palatasında son dövrlər ard-arda baş verən ölüm hallarına diqqət çəkərək bu qurumu “hospis”ə bənzədib.

TodayPress TV xəbər verir ki, kanal bu müqayisəni Demokrat Partiyasının üzvü, Konqresin nümayəndəsi Cerri Konnollinin qida borusu xərçəngindən vəfatından sonra edib.

“Ayıq olun, son 13 ayda altı demokrat ölüb. Nümayəndələr Palatası hospisə çevrilib” deyə aparıcı efirdə bildirib.

O əlavə edib ki, ABŞ artıq gənc nəslə estafeti verməlidir və vurğulayıb ki, amerikalıların yeni bir Cozef Baydenə ehtiyacı yoxdur.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər