ABŞ Konqresi Ukraynadakı sülh müqaviləsi ilə bağlı açıqlama verdi
Dünya
16.01.2026 12:34
"Ukraynanın istəklərinə baxmayaraq, Rusiya qoşunları ilhaq edilmiş əraziləri tərk etməyəcək".
TodayPress TV xəbər verir ki, bu fikirləri Respublikaçı ABŞ senatoru Lindsi Qrem "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
"Ərazi mübadiləsinə gəldikdə, mən realistəm və başa düşürəm ki, yaxın zamanda bütün rus əsgərlərini Ukrayna ərazisindən çıxartmaq mümkün olmayacaq", - deyə o bildirib.
Senator, həmçinin münaqişənin həlli üçün gələcək sülh müqaviləsinin mütləq ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğunu iddia edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin razılığa gəlməyə və münaqişəyə son qoymağa hazır olduğunu, lakin onun ukraynalı həmkarı Volodimir Zelenskinin hazır olmadığını qeyd etmişdi.
Aysel Mətləb
tag: Ukrayna,Rusiya ,ABŞ ,Tramp,Todaypress.tv,
