ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket
ABŞ-nin dəstəyini dayandırması fonunda Avropa Ukraynaya yardımını artırıb.
TodayPress TV xəbər verir ki, Avropa ölkələri may və iyun aylarında Ukraynaya göstərdikləri dəstəyi təxminən 11 milyard avroya çatdırıb.
Bu məbləğin 4,3 milyard avrosu hərbi yardım, qalan hissəsi isə maliyyə və humanitar yardım olub.