ABŞ Kəşfiyyat İdarəsinin qərargahında atışma baş verdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniya ştatındakı qərargahında təhlükəsizlik işçiləri naməlum şəxsə qarşı atəş açıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
Hadisə nəticəsində ölən olmadığı bildirilib.
Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü açıqlayıb ki, hazırda əsas qapı bağlıdır və işçilərə alternativ yollar axtarmaq tövsiyə olunub.
Töhfə Səməd