ABŞ İtaliyadan Qəzza üçün sabitləşdirmə qüvvələrinə qoşulmağı istəyir
Dünya
24.01.2026 15:15
ABŞ İtaliyadan sülhməramlı mexanizmin təsisçi üzvü kimi Qəzza zolağındakı beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşulmasını istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İtaliyanın iştirakının bu təşəbbüsə etibarlılıq qatacağına inanır.
Məlumata görə, sorğu bu həftənin əvvəlində diplomatik kanallar vasitəsilə İtaliya Baş naziri Corca Meloninin ofisinə çatdırılıb. Qərar baş nazir tərəfindən veriləcək.
Qeyd edilib ki, İtaliyanın təşəbbüsdə tam iştirak etməsi tələb olunmur. Qəzza Zolağına öz qoşunlarını göndərməsinə ehtiyac yoxdur. Vaşinqton hesab edir ki, Romanın töhfəsi digər ölkələrdən sülhməramlı qoşunların təlimi vasitəsilə kifayət edəcək.
Aysel Mətləb
tag: ABŞ,İtaliya,Qəzza,Sülhməramlı,Todaypress.tv,
