ABŞ İrandakı etirazlarla bağlı mövqeyini açıqladı
İran xalqı azad olmaq istəyir və uzun illərdir zülmə məruz qalır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Onun sözlərinə görə, İran böyük potensiala malik olsa da, mövcud rejim bu imkanların reallaşmasına mane olub.
Qeyd edək ki, dekabrın sonlarında İranda milli valyutanın dəyərdən düşməsi fonunda etirazlar başlayıb. Etirazlar 25 əyalətdə 60-dan çox şəhəri əhatə edib, təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib.
İran tərəfi isə mümkün xarici təhdidlərə sərt cavab veriləcəyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana mümkün zərbə ehtimalını istisna etmədiyini demişdi.
Jalə Rövşən