ABŞ İrana qarşı yeni hücum planı hazırladı
Dünya
29.04.2026 21:50
ABŞ danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı endirilə biləcək qısa və güclü zərbələr dalğası planını hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton İranın təklif etdiyi və ona uyğun olaraq ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üçmərhələli planı faktiki olaraq rədd edib. "Tramp İranın Hörmüz boğazını açmaq, blokadanı ləğv etmək və nüvə proqramı üzrə danışıqları təxirə salmaq təklifini rədd edir", - məqalədə bildirilib.
Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr dalğası planını hazırlayıb. Zərbələr endirildikdən sonra ABŞ danışıqlar masasına qayıtması və daha çox çeviklik nümayiş etdirməsi üçün İran rəhbərliyinə təzyiq göstərməyi nəzərdə tutur.
Portalın yazdığına görə, Tramp hazırkı mərhələdə dəniz blokadasını Tehrana təzyiqin əsas vasitəsi kimi nəzərdən keçirir, hərbi əməliyyatlar ehtimalını da istisna etmir.
tag: ABŞ, Zərbə, İran, todaypress.tv,
