ABŞ - İran sülhünün ən böyük əleyhdarı - Putin imiş

ABŞ - İran sülhünün ən böyük əleyhdarı - Putin imiş
20.04.2026 15:48 Dünya

Putinin ABŞ–İran sülh danışıqlarının baş tutmaması üçün “dua etdiyi” deyilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Qeyd olunub ki, İran münaqişəsi Moskvaya gündəlik təxminən 150 milyon dollar əlavə neft gəliri gətirir, bu isə büdcənin ciddi təzyiq altında olduğu bir dövrdə baş verir.

İsveçin hərbi kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya büdcə kəsirini bağlamaq üçün Urals markalı neftin bir barelinin il ərzində 100 dollardan yuxarı qalmasına ehtiyac duyur.

Hazırkı vəziyyətdə İran münaqişəsi Rusiyaya ağır yük də yaradır. Atəşkəs yalnız Vaşinqton və Tehran üçün olmaya,  həm də Moskvanın qalan məhdud iqtisadi dayaqlarından birinin zəifləməsi demək ola bilər.

Qeyd edək ki, Putin indiyədək birbaşa iştirak etmədiyi bir münaqişəyə bu qədər ciddi resurs yönəltməyib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər