ABŞ-İran dialoqu: Qrossi BAEA-nın hazırkı statusunu açıqladı
Dünya
29.04.2026 23:05
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi BAEA-nın hazırda ABŞ-İran nüvə danışıqlarında tərəf olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, BMT-nin qərargahında keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Biz hələ bu danışıqlarda iştirak etmirik. Əgər rəsmi danışıqlar prosesindən danışırıqsa, deməli, hələ dəvət olunmamışıq", - deyə o qeyd edib.
Bununla belə, o ifadə edib ki, Vaşinqton və Tehran arasında saziş bağlanacağı təqdirdə, BAEA onun bir hissəsinə çevrilməlidir. Qrossinin fikrincə, xüsusilə sözügedən saziş İranın nüvə obyektlərinin "etibarlı təftiş sistemini" özündə ehtiva etməlidir.
Eyni zamanda Qrossi qeyd edib ki, həm İran, həm də ABŞ tərəfi ilə ayrılıqda təmasları davam etdirir.
Aysel Mətləb
tag: BAEA,Qrossi,İran,ABŞ,TodayPress TV,
