ABŞ-İran danışıqlarından sonra neft qiymətləri aşağı düşdü

Dünya

17.02.2026 19:15

Londonun ICE birjasında 2026-cı ilin aprel ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti onun enişini sürətləndirib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, bu tendensiya ABŞ və İran arasında Cenevrədə keçirilən dolayı danışıqların ikinci raundunun konstruktiv olması barədə məlumatlardan sonra yaranıb.

Məlumatın dərc olunmasından əvvəl olan ticarət məlumatlarına görə, Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,5% azalaraq barel üçün 68,31 dollara düşmüşdü.

Sonra Brent markalı xam neftin qiyməti enişi barel üçün 67,25 dollara (-2,04%) qədər sürətləndirmişdi. Bununla yanaşı, 2026-cı ilin mart ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti barel üçün 62,33 dollar (-0,89%) təşkil edirdi.

Son məlumata görə isə Brent markalı neftin qiyməti bir barel üçün 67,66 dollara (-1,44%), WTI markalı xam neftin fyuçersləri isə bir barel üçün 62,75 dollara (-0,22%) satılırdı.

Qeyd edək ki, İranın “İRNA” xəbər agentliyinin verdiyi məlumata görə, Tehran və Vaşinqton Cenevrədə keçirilən dolayı danışıqların ikinci mərhələsi zamanı bir sıra ortaq məsələlər üzrə anlaşma əldə ediblər.


tag: Neft,Qiymət,İRNA,Dollar,Todaypress.tv,