ABŞ Hörmüzdə minaları dronlarla təmizləyir

Dünya

19.04.2026 21:49

ABŞ Hərbi Dəniz Qüvvələri ərazidə gəmiçiliyi bərpa etmək məqsədilə Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə mənbələrə istinadən “Wall Street Journal” qəzeti məlumat yayıb.

Qeyd edək ki, CBS adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən Hörmüz boğazında ən azı 12 sualtı minanın olduğunu bildirmişdi.

ABŞ rəsmiləri həmçinin İranın boğazda özünün Maham-3 və Maham-7 minalarını yerləşdirdiyini iddia etmişdilər.

Jalə Rövşən

TodayPress TV



tag: ABŞ,Hörmüz ,Mina ,Dron ,Todaypress.tv,