ABŞ Gürcüstanın liman infrastrukturuna investisiya imkanlarını nəzərdən keçirir
Dünya
23.03.2026 22:40
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun nümayəndəsi Peter Andreoli Gürcüstana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə səfər çərçivəsində ölkə hökumətinin təmsilçiləri, özəl sektor nümayəndələri və vətəndaş cəmiyyəti ilə bir sıra görüşlər keçirəcək.
Həmçinin qeyd olunub ki, P. Andreolinin Gürcüstana səfəri iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə müzakirəsinə xidmət edir.
Qeyd olunub ki, Andreoli səfər zamanı Poti şəhərinə gedərək liman infrastrukturunda Amerika investisiya imkanlarını nəzərdən keçirəcək.
Diplomatik missiyadan bu səfərin ABŞ ilə Gürcüstan arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulanıb.
tag: Gürcüstan,ABŞ,Liman,İnvestisiya,TodayPress TV,
